• Bakı 25° C

    7.03 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Zelenski İsveç parlamentinin üzvlərinə müraciət edib

DÜNYA

24 Noyabr 2025 | 15:09

Zelenski İsveç parlamentinin üzvlərinə müraciət edib

Kiyev müharibəni dayandırmaq üçün ABŞ-nin təklif etdiyi plan üzərində tərəfdaşları ilə işləməyə davam edəcək.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu videobağlantı vasitəsilə İsveç parlamentinin üzvlərinə müraciət edən Ukrayna prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, kritik an gəlib çatıb və Ukrayna tərəfi davam edən müharibəyə son qoymaq üçün amerikalı və avropalı tərəfdaşlarla sıx əməkdaşlıq edir.

"Putin istəyir ki, oğurladığı şey qanuni olaraq tanınsın. Təkcə Ukrayna deyil, bütün dünya buna qarşıdır, bu, son dərəcə təhlükəlidir", – prezident Zelenski qeyd edib.

Zelenski həmçinin Rusiyanı "təcavüzkar ölkə" adlandırıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyun 2026