Finlandiya NATO-ya alyansın komandanlıq və nəzarət sisteminin təxminən 50 hərbçidən ibarət bölməsini öz ərazisində yerləşdirməyi təklif edib.
Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri Antti Hakkanen bildirib ki, Finlandiya NATO-ya öz ərazisində komanda-nəzarət bölməsinin yerləşdirilməsini təklif edəcək.
Bölmə təxminən 50 hərbçidən ibarət olacaq. Onun məqsədi Finlandiyadakı NATO komandanlıq qüvvələrini rabitə və informasiya sistemləri ilə təmin etmək və lazım gələrsə, bütün alyans daxilində onlara dəstək olmaqdır.
Hakkanenin sözlərinə görə, bu məsələ ilə bağlı qərar NATO müdafiə nazirlərinin 2026-cı ilin fevralında baş tutacaq iclasında qəbul edilə bilər.
Gülşən Şərif
Bakı 



