• Bakı 14° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Kobaxidze: Ukraynada sülhün bərqərar olacağına ümid edirik

DÜNYA

24 Noyabr 2025 | 15:36

Kobaxidze: Ukraynada sülhün bərqərar olacağına ümid edirik

Gürcüstan Ukraynada sülhün, nəhayət, bərqərar olacağına ümid edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

O, sülhün Avropa qitəsində iqtisadi inkişaf prosesinin davamı üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də öz növbəsində Ukraynada ədalətli və dayanıqlı sülhün qurulmasının vacib olduğunu bildirib. O, QDİƏT PA-nın Sofiyada keçirilən 66-cı Baş assambleyasında çıxışı zamanı qeyd edib ki, Ukraynada sülh yalnız Ukrayna xalqı üçün deyil, Avropa və Qara dəniz bölgəsində də sabitliyin təminatı üçün zəruridir.


SON XƏBƏRLƏR