• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Türkiyə DİN rəsmisi Zəngəzur dəhlizinin önəmindən danışdı

CƏMİYYƏT

24 Noyabr 2025 | 12:06

Türkiyə DİN rəsmisi Zəngəzur dəhlizinin önəmindən danışdı

Zəngəzur dəhlizinin tam şəkildə fəaliyyətə başlaması tarixi bir hadisə olacaq, bölgə və dünya iqtisadiyyatına önəmli töhfə verəcək.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin həmrəylik forumunda keçirilən “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” adlı paneldə deyib.

O bildirib ki, Zəngəzur dəhlizi ilk növbədə region və ölkə iqtisadiyyatlarına, eləcə də dünya iqtisadiyyatına mühüm faydalar verəcək:
“Süveyş kanalının açılması bölgə ölkələrinə və qlobal iqtisadiyyata böyük töhfələr vermişdisə, Zəngəzur dəhlizi də region iqtisadiyyatında ciddi dəyişikliklərin başlanğıcı olacaq”, - deyə o qeyd edib.


SON XƏBƏRLƏR

23 Noyabr 2025