• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Rəsmi Bakı Türkiyə və Avstraliyanı təbrik edib

SİYASƏT

24 Noyabr 2025 | 13:18

Rəsmi Bakı Türkiyə və Avstraliyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni COP31-ə ev sahibliyi etmək üçün seçildiyinə görə təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirlik "X"də paylaşım edib.

"Qardaş Türkiyəni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP31) Tərəflər Konfransının 31-ci sessiyasına ev sahibliyi etmək üçün seçildiyinə və Avstraliyanı Danışıqlar üzrə Prezident seçilməsi münasibətilə ürəkdən təbrik edirik. COP29-un Prezidenti olaraq, Azərbaycan bu vacib missiyanın uğurla həyata keçirilməsini dəstəkləmək üçün səylərini əsirgəməyəcək. Hər iki ölkəyə uğurlar arzulayırıq və əminik ki, COP31 iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə mühüm töhfələr verəcək", - paylaşımda qeyd edilib.


SON XƏBƏRLƏR