• Bakı 14° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Ərdoğan: İsrailin bölgədə atdığı hər addım qanunsuzdur

DÜNYA

24 Noyabr 2025 | 15:18

Ərdoğan: İsrailin bölgədə atdığı hər addım qanunsuzdur

"İsrail hökuməti bölgədə atdığı hər addımın qeyri-qanuni olduğunu və qeyri-sabitliyə səbəb olduğunu qəbul edir". 

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitində iştirak etdiyi Cənubi Afrikadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə regiondakı vəziyyət konteksti daxil olmaqla, milli təhlükəsizlik və ölkədə sülhün təmin edilməsi naminə addımlar atmağa davam edəcək:

"Suriyanın ərazi bütövlüyü bizim üçün prinsipial əhəmiyyət kəsb edir. Suriyanın taleyini Suriya xalqı həll edəcək. Suriyadakı ən xırda sarsıntıların və qeyri-sabitliyin belə baha başa gəldiyini ən yaxşı anlayan ölkə Türkiyədir. Biz heç kimin ərazisinə və ya suverenliyinə təcavüz etmirik, lakin öz strateji prioritetlərimiz çərçivəsində lazım bildiyimizi edirik".

Gülşən Şərif


SON XƏBƏRLƏR