• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Bakı və İrəvan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təşkil olunacaq

SİYASƏT

24 Noyabr 2025 | 13:30

Bakı və İrəvan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təşkil olunacaq

"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Bakı və İrəvana Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətilərinin nümayəndələrinin və ekspertlərinin daimi əsasda qarşılıqlı səfərləri təşkil olunacaq.

Bakıvaxtı.az-ın "Report"a  istinadən məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında noyabr 21-22-də dörd nəfərdən ibarət qrupun tərkibində Bakıya səfər edən vətəndaş cəmiyyəti nümayəndələri qrupunun üzvü Areq Koçinyan bildirib.

O qeyd edib ki, həm Ermənistanda, həm də Azərbaycanda səfərin təşkilində və təhlükəsizliyin təmin edilməsində müvafiq qurumlar iştirak edib:

"Biz azərbaycanlı həmkarlarımızdan İrəvanda özlərini necə hiss etdiklərini soruşduq. Onlar tam təhlükəsiz hiss etdiklərini bildirdilər. Mən də bizim təhlükəsizliyimiz haqqında eyni sözləri deyə bilərəm".


SON XƏBƏRLƏR