Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə ABŞ-yə mümkün səfəri zamanı təklif olunan sülh planının ən həssas məsələlərini müzakirə etmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" nəşri mənbələrə istinadən məlumat verib.
"Əsas ideya ondan ibarətdir ki, prezidentlər (Volodimir Zelenski və Donald Tramp) sülh planının ərazi məsələsi kimi ən həssas məsələlərini müzakirə edəcəklər", - deyə mənbə bildirib.
Eyni zamanda, qeyd edilir ki, mümkün səfərin tarixi hələ müəyyən edilməyib.
Bundan əvvəl isə ABŞ dövlət katibi Marko Rubio Trampın ABŞ və Ukrayna arasında danışıqlarda əldə edilən irəliləyişdən məmnun olduğunu bildirmişdi.
Bakı 



