• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Abşeronda yerləşən kafelərdən birində saxta spirtli içkilər aşkarlanıb

CƏMİYYƏT

24 Noyabr 2025 | 14:17 | Müəllif: Zeynəb Rzayeva

Abşeronda yerləşən kafelərdən birində saxta spirtli içkilər aşkarlanıb

Abşeron rayonu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsində fəaliyyət göstərən fiziki şəxs Elnur Fərman oğlu Əsədova məxsus "Dostluq" kafesində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, baxış zamanı ictimai iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan spirtli içkilər müəyyən edilib. Belə ki, "Premium Organic", "Organic Ultra", "Caspian Beluga" əmtəə nişanlı spirtli içkilərin müvafiq müşayiətedici sənədlərinin, eyni zamanda, etiket məlumatlarında qeyd edilən vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin mövcud olmadığı aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və toxunulmazlıq aktı tərtib edilərək içkilərin satışı dayandırılıb, kafenin fəaliyyəti məhdudlaşdırılıb.


Abşeronda yerləşən kafelərdən birində saxta spirtli içkilər aşkarlanıbAbşeronda yerləşən kafelərdən birində saxta spirtli içkilər aşkarlanıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026