Türkiyə Cümhuriyyəti ŞKTC-nin bütövlükdə qarantıdır və bu, indiki şəraitdə daha da əhəmiyyət kəsb edir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Şimal Kipr Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Tufan Erhürman bildirib.
O qeyd edib ki, son illərdə adanın cənubunda İsrail, ABŞ və Fransa kimi ölkələrin hərbi mövcudluğu artıb.
Prezident vurğulayıb ki, bu vəziyyət Kipr türklərinin təhlükəsizlik hissini zəiflədir.
Erhürman BMT-ni Kipr danışıqlarında verdiyi sözlərə sadiq qalmağa çağırıb.
O, həmçinin siyasi bərabərliyin müzakirə mövzusu ola bilməyəcəyini və bunun onun “qırmızı xətti” olduğunu qeyd edib.
Əli Hüseynov
Bakı 


