İlon Mask "Tesla" üçün bir milyon humanoid robot istehsalını planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, amerikalı milyarder İlon Mask "Tesla" şirkətinin gələcəkdə bir milyon "Optimus" humanoid robot istehsal etməyi planlaşdırdığını açıqlayıb.
Mask bildirib ki, "Optimus" robotunun prototipi 2026-cı ilin fevral və ya mart ayına qədər hazır olacaq, tammiqyaslı istehsata isə gələn ilin sonunda başlanacaq. Şirkətin hədəfi uzunmüddətli perspektivdə milyonluq robot ordusu yaratmaqdır./Milli.az
Bakı 


