Suriyanın Xüms şəhərində baş verən iki qətl hadisəsindən sonra şəhərdə komendant saatı elan edilib.
Bakıvaxtı.az Suriyanın rəsmi agentliyi SANA-ya istinadən xəbər verir ki, Daxili Təhlükəsizlik Komandanlığı Xümsün Zeydel rayonunda bir kişi və bir qadının öldürülməsindən sonra müvafiq qərar qəbul edib.
Belə ki, şəxsiyyətləri hələ müəyyən edilməyən cinayətkarlar Bəni Xalid aşirətinə mənsub ailədən bir qadını öldürüblər. Qadının cəsədinin hadisə yerində yandırıldığı və divara məzhəbçi ifadələrin yazıldığı bildirilir. Öldürülən kişinin də eyni aşirətdən olduğu vurğulanır.
Hadisədən sonra ölənlərin yaxınları Xümsün əl-Basal məhəlləsində qisas məqsədilə hücum həyata keçiriblər. Rəsmi orqanlar hələlik qətllərlə bağlı açıqlama yaymayıb.
Bakı 



