Rusiyalı müğənni Alla Puqaçovanın ifasındakı “Milyon qırmızı qızılgül” hitinin müəllifi Raymond Pauls xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Abzas” nəşri məlumat yayıb.
89 yaşlı bəstəkar əməliyyat olunduğunu açıqlayıb:
“Xəstəxanadayam. Danışmaq mənim üçün çətindir, bacarmıram. Əməliyyat olundum. Hazırda gücümü bərpa edirəm”.
Qeyd edilir ki, bəstəkarın Latviyadakı çıxışları oktyabr ayına planlaşdırılsa da, səhhətinin pis olması səbəbindən təxirə salınıb.
Bakı 


