• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Olimpiadanın açılışında xatirəsi yad ediləcək

İDMAN

25 Oktyabr 2025 | 13:59 | Müəllif: Gülşən Şərif

Olimpiadanın açılışında xatirəsi yad ediləcək

Gələn ilin əvvəli İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçıları açılış mərasiminin təfərrüatını açıqlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, həmin mərasim zamanı sentyabrda vəfat edən əfsanəvi italiyalı modelyer Corco Armaninin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. 

Dizayner uzun illər ərzində İtaliya yığmasının formasının hazırlanması ilə məşğul olub. 

Bununla yanaşı, ilk dəfə idmançıların paradı eyni vaxtda müxtəlif şəhərlərdə təşkil edilən 4 platformada həyata keçiriləcək. 

Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 6-da Milanda “San-Siro” stadionunda start götürəcək və fevralın 22-nə qədər davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026