• Bakı 16° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Daha bir erkən nikahın qarşısı ALINDI

CƏMİYYƏT

24 Oktyabr 2025 | 20:24

Daha bir erkən nikahın qarşısı ALINDI

Oktyabrın 24-də Neftçala rayonu ərazisində yerləşən şadlıq saraylarının birində 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə toy mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.


SON XƏBƏRLƏR