Litva Belarusla sərhədini Şalçininkay və Medininkay sərhəd keçid məntəqələri vasitəsilə bağlayıb.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Litvanın Baş naziri İnqa Ruqiniene məlumat verib.
"Belarusla sərhəd keçidləri şənbə günü saat 12:00-a qədər bağlıdır", - Ruqiniene sosial şəbəkədə yazıb.
Vilnüs hava limanının "Facebook" səhifəsində bildirilib ki, qərar Belarusdan uçan isti hava balonlarına görə Vilnüs və Kaunas aeraportlarında əməliyyatların dayandırılmasından sonra verilib. Məhdudiyyətlər saat 22:00-a qədər qüvvədədir.
Bakı 

jpg-1761368844.jpg)
