Ukrayna və Amerika rəsmiləri Cenevrədə 28 bəndlik sülh planını müzakirə ediblər və onun işçi layihəsi artıq orijinaldan fərqlənir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzetində yayımlanan məlumatda deyilir.
Qəzet qeyd edir ki, işçi layihə artıq Ukrayna qanunvericisi tərəfindən 20 noyabrda internetdə dərc olunmuş versiyadan fərqlənir.
Dəyişikliklər Ukrayna və Amerika rəsmiləri arasında müzakirələrdən sonra edilib.
Nəşr hansı bəndlərin dəyişdirildiyini açıqlamır.
Bakı 



