• Bakı 14° C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

İsrail Ukraynaya yeni səfir təyin etdi

DÜNYA

23 Noyabr 2025 | 23:42

İsrail Ukraynaya yeni səfir təyin etdi

Xarici İşlər Naziri Gideon Saarın təklifi ilə hökumət İsrailin xarici ölkələrə on yeni səfirinin təyin edilməsini yekdilliklə təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, Roi Rozenblit Ukraynadakı səfirliyə rəhbərlik edəcək.

O, Kiyevdəki diplomatik nümayəndəliyin hazırkı rəhbəri Mixail Brodskini əvəz edəcək. Brodskinin səlahiyyət müddəti başa çatır və o, başqa yerə təyin olunacaq.

Mixail Brodski 2021-ci ildə İsrailin Ukraynadakı səfiri vəzifəsini icra edib. Onun namizədliyi Naftali Bennet hökuməti tərəfindən təsdiqlənib.

Roi Rozenblitin təcrübəsinə Sakit Okean hövzəsində yarımştat səfir, eləcə də Seneqalda İsrail diplomatik nümayəndəliyinin rəhbəri və əvvəllər Moskva və Qahirədəki İsrail səfirliklərində müşavir kimi xidmət daxildir.


SON XƏBƏRLƏR

23 Noyabr 2025
22 Noyabr 2025