LDPR qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün miqrantlara pnevmatik silahların, elektroşokların, qaz və digər spreylərin satışının qadağan edilməsini təklif edib.
Bakıvaxtı.az xəbər verir ki, partiyanın mətbuat xidməti müvafiq qanun layihəsinin partiyanın lideri Leonid Slutskinin başçılıq etdiyi deputatlar tərəfindən Dövlət Dumasına təqdim olunacağını açıqlayıb.
Partiya qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, miqrantlar bu əşyaları Rusiyada lisenziyasız ala bilərlər. Slutski hesab edir ki, qanunvericilikdəki mövcud boşluq miqrantlara “potensial təhlükəli cihazları” tamamilə qanuni yolla almağa imkan verir.
“Bu isə ictimai təhlükəsizlik üçün real risklər yaradır”, - o deyib.
Bakı 



