Rusiya Ukraynanın Xarkov şəhərinə hücum edib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, hücum nəticəsində 4 nəfər ölüb, 17 nəfər yaralanıb. Şəhərin meri İqor Terexov bildirib ki, Ukrayna ilə bağlı sülh danışıqlarına baxmayaraq Rusiya qoşunları yaşayış binalarına hücum edib :
Pilotsuz təyyarələrdən istifadə etməklə həyata keçirilən zərbələr binaları dağıdıb, üç yaşayış binasında və mülki obyektdə yanğınlara səbəb olub”.
Məlumat üçün bildirilir ki, Rusiya demək olar ki, hər gün Ukraynanı pilotsuz təyyarələr və raketlərlə hədəfə alır. Enerji infrastrukturu xüsusi diqqət mərkəzindədir və Ukraynada sərt qış qorxusunu artırır. Kiyev də öz növbəsində Rusiya tərəfindəki neft bazalarını, neftayırma zavodlarını və digər obyektləri müntəzəm olaraq hədəfə alır.
Ukrayna, Amerika və Avropa rəsmiləri Donald Trampın Ukraynadakı münaqişəyə son qoymaq planını müzakirə etmək üçün bazar günü İsveçrədə bir araya gəlib. Sənədin ilkin variantı Kiyev və onun avropalı müttəfiqlərinin etirazına səbəb olub. Lakin ABŞ Dövlət Katibi Marko Rubio İsveçrədəki danışıqlarda çox tez razılığa gəlmək imkanına çox optimist olduğunu bildirib və böyük irəliləyiş olduğunu qeyd edib.
Aydın Baxış
Bakı 



