Cari ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tiflis-Ceyhan neft boru kəməri ilə 30,5 milyon ton neft daşınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Neft və Qaz Korporasiyası məlumat yayıb.
Bildirilir ki, təkcə sentyabr ayında kəmərlə 2,2 milyon ton neft daşınıb. Qeyd edilib ki, ötən il BTC ilə nəql edilən ümumi neft həcmi 29,5 milyon ton təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə azalma deməkdir.
Məlumatda, həmçinin qeyd olunur ki, ötən il olduğu kimi bu il də Bakı–Supsa kəmərinin fəaliyyəti dayandırılıb.
Xatırladaq ki, Bakı–Tiflis–Ceyhan boru kəməri Bakıdakı Səngəçal terminalından başlayır, Gürcüstan ərazisində yerləşən 6 bələdiyyədən keçir və Türkiyənin Ceyhan dəniz limanında başa çatır. Xətt, eyni zamanda, Cənubi Qafqaz Boru Kəmərinə paralel istiqamətdə yerləşir.
Bakı 


