• Bakı 16° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Bakının mərkəzində bu binalar PLANA DÜŞDÜ: söküntüsünə başlanılır

CƏMİYYƏT

24 Oktyabr 2025 | 19:35

Bakının mərkəzində bu binalar PLANA DÜŞDÜ: söküntüsünə başlanılır

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsünə başlanılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat əldə edib.

Məlumata görə, Komitənin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi bununla bağlı hazırlıqlara başlayıb. 

Qeyd edilib ki, söküntü işləri Səbail rayonu, Salman Mümtaz küçəsi, ev 30 və ev 34, eləcə də Dağlıq küçəsi, ev 24 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.

Xatırladaq ki, daha əvvəl Binəqədi, Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti bitmiş qəzalı binaların söküntüsü ilə bağlı hazırlıqlara başlanılıb.


SON XƏBƏRLƏR