• Bakı 16° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

"İmişli "Kəpəz"i məğlub etdi

İDMAN

24 Oktyabr 2025 | 19:38

İmişli Kəpəzi məğlub etdi

Misli Premyer Liqasının IX turunda "Kəpəz" "İmişli" ilə qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyun qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

İmişli kollektivinin qollarını Luis Silvestr (45+3), Dioqo Almeyda (60) və Rafael Vieqaş (83) vurublar.

Qərb təmsilçisinin heyətində qapıçı Məmməd Hüseynov 28-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Jorj Kaşkilyanın rəhbərlik etdiyi "İmişli" 12 xalla turnir cədvəlində 7-ci sıradadır. 3 xalı olan "Kəpəz" isə sonuncu - 12-cidir.

Qeyd edək ki, turun açılış oyununda "Turan Tovuz" səfərdə "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib. IX tura oktyabrın 26-da yekun vurulacaq.


SON XƏBƏRLƏR