Filippin Vulkanologiya və Seysmologiya İnstitutu ölkənin mərkəzi hissəsindəki Kanlaon vulkanının püskürdüyünü açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, yerli vaxtla saat 20:06-da püskürmə başlayıb və 2-3 dəqiqə davam edib. Nəticədə hündürlüyü 2 kilometrə çatan kül buludu yaranıb.
Kanlaon vulkanının püskürməsi ilə əlaqədar 2-ci səviyyədə xəbərdarlıq elan edilib, 4 kilometr radiusda ərazi təhlükəli zona olaraq qiymətləndirilib.
Qeyd edək ki, Neqros adalarında yerləşən Kanlaon dağı Filippindəki 24 aktiv vulkandan biridir. Bundan əvvəl aprel ayında püskürmüşdü.
Bakı 


