Avropa Birliyinin xarici işlər nazirləri bu gün axşam saatlarında ukraynalı həmkarları ilə ABŞ-ın münaqişənin həlli üzrə sülh planı barədə telekonfransda danışacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski X səhifəsində yazıb.
"Bu gün (23 noyabr - red.) Rusiya-Amerika sülh təklifləri barədə AB xarici işlər nazirləri ilə Ukrayna xarici işlər naziri arasında telefon konfransı keçiriləcək", — o bildirib.
Bakı 



