• Bakı 19° C

    0.93 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Ayşe Barımın həbs qərarı ləğv edildi

DÜNYA

25 Oktyabr 2025 | 14:06

Ayşe Barımın həbs qərarı ləğv edildi

Türkiyədə Gəzi Parkı etirazlarını planlaşdırmaqda təqsirləndirilərək yenidən saxlanılan menecer Ayşe Barım barəsində verilmiş həbs qərarı ləğv edilib. 

Bakıvaxtı.az xəbər verir ki, qərar Məhkəmə-Tibbi Ekspertizasının təqdim etdiyi rəyə əsasən çıxarılıb.

Rəydə qeyd olunub ki, Ayşe Barımın səhhəti səbəbindən onun müalicəsinin xəstəxana şəraitində davam etməsi zəruridir və həbsxana şəraitində qalması uyğun hesab edilmir.

Beləliklə, Barımın barəsində olan həbsə dair qərar ləğv edilib. O, bundan sonra müalicəsini xəstəxana şəraitində davam etdirəcək.

Xatırladaq ki, Ayşe Barım Gəzi Parkı hadisələrində iştirak iddiası ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilmişdi. Ona 22 il 6 aydan 30 ilədək həbs cəzası istənilmişdi. 


SON XƏBƏRLƏR

24 Oktyabr 2025