ABŞ Kolumbiya Prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent məlumat yayıb.
Sanksiyanın tətbiq edilməsinin səbəbi onun rəhbərliyi altında Kolumbiyada kokain istehsalının görünməmiş artımı olub.
Bessent bildirib ki, Petronun hakimiyyətə gəlməsindən bəri ölkədə kokain istehsalı onilliklər ərzində görünməmiş səviyyəyə çatıb və bu da "ABŞ-yə narkotik axınına və amerikalıları zəhərləməsinə" səbəb olub.
Bakı 


