Binəqədi rayonunda oğurluq edən 2 şəxs saxlanılıb.
Bu barədə Bakıvaxtı.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində məişət əşyaları oğurlanıb.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı F.Muradov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində daha bir oğurluq hadisəsi qeydə alınıb.
Paytaxt sakini olan bir nəfərə məxsus pul qabından 1100 manat maddi vəsaiti oğurlamaqda şübhəli bilinən 48 yaşlı İ.Dobutkina da saxlanılıb.
Araşdırmalar aparılır.
Bakı 


