• Bakı 17° C

    7.97 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

Ləmanla bağlı ÜZÜCÜ XƏBƏR...

HADİSƏ

24 Noyabr 2025 | 09:12

Ləmanla bağlı ÜZÜCÜ XƏBƏR...

Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın müalicəsi “Yeni Klinika”da davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov feysbuk hesabında paylaşım edib.

“Ləmanın müalicəsi artıq “Yeni Klinika”da davam etdirilir. Gecə müalicə üçün bu xəstəxanaya köçürdük. Dualarınızı əsirgəməyin”, - paylaşımda deyilir.

Qeyd edək ki, Ləmanın vəziyyəti ağır olaraq qalır.

Xatırladaq ki, Yasamaldakı yanğın zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


SON XƏBƏRLƏR

23 Noyabr 2025