• Bakı 18° C

    0.93 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

KİV: Əfqanıstan və Pakistan nümayəndələri İstanbulda danışıqlar aparır

DÜNYA

25 Oktyabr 2025 | 13:21

KİV: Əfqanıstan və Pakistan nümayəndələri İstanbulda danışıqlar aparır

Əfqanıstan və Pakistan nümayəndələri sərhəd böhranının həlli yollarını və oktyabrın 19-da Dohada əldə edilən atəşkəsin qorunması üçün şərait yaratmaq məqsədilə İstanbulda görüş keçirirlər.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə EFE agentliyi Əfqanıstan hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, bu görüşdə Əfqanıstan nümayəndə heyətinə daxili işlər nazirinin müavini Hacı Nəcib rəhbərlik edir. Pakistan tərəfi nümayəndə heyətinin tərkibi barədə informasiya verməyib.

Xatırladaq ki, oktyabrın 19-da Pakistan və Əfqanıstan Qətərin Doha şəhərində keçirilən danışıqlar zamanı dərhal atəşkəs elan edilməsi barədə razılığa gəliblər.


SON XƏBƏRLƏR

24 Oktyabr 2025