• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

ABŞ təyyarədaşıyan gəmisini Karib dənizindən geri ÇƏKDİ

DÜNYA

24 Oktyabr 2025 | 21:48 | Müəllif: Subhan Mahmudov

ABŞ təyyarədaşıyan gəmisini Karib dənizindən geri ÇƏKDİ

ABŞ Silahlı Qüvvələri Karib dənizində əməliyyatlara cavabdeh olan “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupunu ABŞ Cənub Komandanlığının ərazisinə yerləşdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell məlumat verib.

O bildirib ki, bu qüvvələr regionda narkotik qaçaqmalçılığı ilə mübarizə üçün istifadə olunacaq:

"Prezidentin transmilli cinayətkar təşkilatları sıradan çıxarmaq və vətəni müdafiə etmək üçün narkotik terrorizmlə mübarizəyə dair direktivinə dəstək olaraq, müdafiə naziri “USS Gerald R. Ford Carrier Strike Group” və onun hava qanadını ABŞ-ın Cənub Komandanlığının məsuliyyət zonasına göndərib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026