• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda təbiətə 7800 manatlıq ziyan vurdular - RƏSMİ

CƏMİYYƏT

24 Oktyabr 2025 | 19:20 | Müəllif: Subhan Mahmudov

Bakıda təbiətə 7800 manatlıq ziyan vurdular - RƏSMİ

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Göyüş Qarayev küçəsində yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 7800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”,- deyə məlumatda qeyd edilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026