• Bakı 19° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının inkişafı müzakirə olunub 

İQTİSADİYYAT

25 Oktyabr 2025 | 08:28

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının inkişafı müzakirə olunub 

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) İdarə Heyətinin sədri Aygün Attar və DEİK Türkiyə - Azərbaycan İş Şurasının sədri Selçuk Akat ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə, həmçinin Türkiyənin sənaye, daşınmaz əmlak, maliyyə, bankçılıq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan Fondun ölkələrarası mədəni, iqtisadi fəaliyyətlərin inkişaf etdirilməsinə töhfə verdiyi vurğulanıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyatın müxtəlif sahələrində səmərəli işbirliyindən məmnunluq ifadə olunub. Ölkəmizdə yaradılan əlverişli investisiya və işgüzar mühit, azad olunmuş ərazilərimizin biznes imkanları haqqında məlumat verilib, qarşılıqlı faydalı tərəfdaşlıq perspektivləri nəzərdən keçirilib.

Türkiyənin biznes subyektləri Azərbaycanda fəaliyyət göstərməyə və biznes mühitindən faydalanmağa maraq göstərdiklərini ifadə ediblər.


SON XƏBƏRLƏR

24 Oktyabr 2025