• Bakı 20° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Tanınmış vəkilin saxlanılmasına səbəb olan hadisənin - VİDEOSU

HADİSƏ

25 Oktyabr 2025 | 11:23

Tanınmış vəkilin saxlanılmasına səbəb olan hadisənin - VİDEOSU

Tanınmış vəkil Zabil Qəhrəmanovun xuliqanlıq ittihamı ilə saxlanılmasına səbəb olan hadisənin videosu üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi kamera görüntülərində vəkilin insident zamanı bir vətəndaşa təpiklə xəsarət yetirdiyi görünür.

Hadisə Göygöl rayonundakı avtoyuma məntəqəsində baş verib. Tərəflər arasında yaranan sözlü mübahisə sonradan davaya çevrilib. Nəticədə vəkil qarşı tərəfə fiziki güc tətbiq edib.

Zabil Qəhrəmanov bu insidentlə bağlı polis əməkdaşları tərəfindən saxlanılaraq Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə məsuliyyətə cəlb edilib. O, bu gün həbs tələbi ilə məhkəməyə çıxarılacaq.

Qeyd edək ki, Zabil Qəhrəmanov Tovuzda 10 yaşlı Nərminin qətlində təqsirli bilinən İlkin Süleymanovun vəkili kimi daha çox tanınıb. Bir neçə gün əvvəl isə başqa bir məsələ ilə bağlı onun vəkillik fəaliyyəti müvəqqəti dayandırılıb.


SON XƏBƏRLƏR

24 Oktyabr 2025