• Bakı 31° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Şokolad və mürəbbə ilə zəhərləmək istədilər

DÜNYA

24 Oktyabr 2025 | 21:52

Şokolad və mürəbbə ilə zəhərləmək istədilər

Ekvador hökuməti ölkə Prezidenti Daniel Noboanın zəhərlənmə yolu ilə öldürülməsinə cəhd edilməsi barədə prokurorluğa rəsmi müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilir ki, prezidentə hədiyyə kimi göndərilən şokolad və mürəbbənin tərkibində yüksək dozalarda zəhərli kimyəvi maddələr aşkarlanıb. Daniel Noboa isə söyləyib ki, məhsulların tərkibində eyni anda və bu qədər yüksək miqdarda üç fərqli kimyəvi maddənin təsadüfən olması praktiki olaraq mümkün deyil.

Məlumata görə, şokolad və mürəbbə prezidentə Los-Rios əyalətinə səfəri zamanı təqdim olunub. Hadisə ilə bağlı sübutlar artıq istintaq orqanlarına təqdim edilib və cinayət işi açılması gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026