• Bakı 19° C

    0.93 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Pakistan və Əfqanıstan arasında danışıqlar İstanbulda keçiriləcək

SİYASƏT

25 Oktyabr 2025 | 14:50

Pakistan və Əfqanıstan arasında danışıqlar İstanbulda keçiriləcək

Pakistan və Əfqanıstan nümayəndə heyətləri arasında sərhəddəki gərginliklə bağlı danışıqların ikinci mərhələsi Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABC News hər iki ölkənin rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər sərhəd xəttində son aylarda artan qarşıdurmalar və silahlı insidentlərə görə bir-birini ittiham edir.

Münaqişənin həlli istiqamətində vasitəçilik təklifləri ilə Qətər və Türkiyə çıxış edib.

Qeyd edilir ki, İstanbulda baş tutacaq görüşdə əsas məqsəd sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorçuluğa qarşı birgə mexanizmin formalaşdırılmasıdır.


SON XƏBƏRLƏR

24 Oktyabr 2025