• Bakı 18° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

TÜRKPA Baş katibi Türkiyənin vitse-prezidenti ilə görüşüb

SİYASƏT

25 Oktyabr 2025 | 15:53

TÜRKPA Baş katibi Türkiyənin vitse-prezidenti ilə görüşüb

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz oktyabrın 24-də Ankarada Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TÜRKPA-dan Bakıvaxtı.az-a bildirilib ki, Baş katibi təbrik edən C.Yılmaz ona fəaliyyətində uğurlar arzu edib.

R.Həsən vitse-prezidentə Parlament Assambleyasının fəaliyətinə dair məlumat verib. O, TÜRKPA-nın gündəliyində duran məsələlərlə bağlı fikirlərini bölüşərək, parlament dialoqunun gücləndirilməsinə, qanunvericilik koordinasiyasının təşviqinə, türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə yönəlmiş hazırkı təşəbbüsləri və gələcək layihələri vurğulayıb.

Baş katib, həmçinin bu cür fəaliyyətlərin Qazaxıstanın hazırkı sədrliyi dövründə uğurla davam etdirildiyini və həyata keçirildiyini diqqətə çatdırıb.

Vitse-prezident C.Yılmaz Türkiyənin TÜRKPA-nın missiyasının dəstəklənməsi istiqamətində öhdəliyini bir daha təsdiqləyib və türk dövlətləri arasında birlik, qarşılıqlı anlaşma və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Müzakirələr zamanı, eyni zamanda, qardaşlıq münasibətlərinin genişləndirilməsi və türk dünyasında daha güclü tərəfdaşlığın təşviqi məqsədilə gələcək təşəbbüslər müzakirə olunub.


SON XƏBƏRLƏR

24 Oktyabr 2025