• Bakı 18° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Gürcüstanda 2 kiloqram radioaktiv maddənin satışının qarşısı alınıb

DÜNYA

25 Oktyabr 2025 | 15:49

Gürcüstanda 2 kiloqram radioaktiv maddənin satışının qarşısı alınıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti Tbilisidə Rusiya vasitəsilə Çinə 2 kq radioaktiv uran daşımağı planlaşdıran üç nəfər Çin vətəndaşını saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, sövdələşmənin ümumi dəyəri 400 min ABŞ dolları olub. İstintaq çərçivəsində saxlanılanların Tbilisidəki və Batumidəki kirayə evlərində axtarışlar aparılıb.

Müstəntiqlərin sözlərinə görə, ölkəyə qanunsuz olaraq gələn həmin şəxslərdən biri uran almaqda maraqlı olan mütəxəssisləri gətirib və aktiv şəkildə satıcı axtarıb. Qrupun Çindən olan digər üzvləri hərəkətləri əlaqələndiriblər.

Saxlanılanları 10 ilə qədər həbs cəzası gözləyir.


SON XƏBƏRLƏR

24 Oktyabr 2025