Argentina və “İnter Mayami”nin yarımmüdafiəçisi Lionel Messi Böyük Futbol Liqasında (MLS) rekorda imza atıb.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Athlon Sports” məlumat yayıb.
Bildirilir ki, şənbə günü, oktyabrın 25-nə keçən gecə Messinin komandası MLS-in adi mövsüm matçında “Nashville”ni 3:1 hesabı ilə məğlub etdi. Messi oyunda iki qol vurub
Bu, argentinalının 2025-ci ildə “İnter Mayami” üçün vurduğu 39-cu qoludur. Daha əvvəl heç bir MLS oyunçusu bir təqvim ilində bu qədər qol vurmamışdı. Bundan əvvəlki rekord Denis Buanqa (2023-cü ildə 38 qol) və Karlos Velaya (2019-cu ildə 38 qol) məxsus idi.
Bakı 


