• Bakı 18° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Kılıçdaroğlu siyasətdən getdi

SİYASƏT

25 Oktyabr 2025 | 16:28

Kılıçdaroğlu siyasətdən getdi

Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci adi və 21-ci fövqəladə qurultaylarının ləğvi tələbi ilə açılan iş üzrə yeni məhkəmə iclası bu gün Ankarada keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, məhkəmə CHP-nin 38-ci adi qurultayının ləğvi ilə bağlı əsas iddianın “mövzusuz qaldığını” bildirərək, bu istiqamətdə qərar çıxarılmasına ehtiyac olmadığına qərar verib.  

Məhkəmənin bu qərarı ilə CHP-nin sabiq sədri Kemal Kılıçdaroğlu prosesi uduzan tərəf olub. O, nə partiya rəhbərliyinə qayıda bilib, nə də bu müddət ərzində partiya daxilindəki təsirini qoruya bilib. 

13 illik sədrliyinə vida edən Kılıçdaroğlu aktiv siyasətdə qalacağını bəyan edib. O, Ankarada yeni bir ofis kirayələyib. İş ofisini isə “Altılı Masa” ittifaqının tərəfdaş partiyalarının -  İYİ Parti, DEVA və Gələcək Partiyasının qərargahlarının da yerləşdiyi Mustafa Kemal məhəlləsində açmağı seçib.


SON XƏBƏRLƏR

24 Oktyabr 2025