Xəbər verdiyimiz kimi, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında qalmaqal yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, F.Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.
Qurultayda F.Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Elçin Ağamalı Unikal-a açıqlama verib.
O, Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında partiyanın yeni sədri seçilditini iddia edib:
""Ana Vətən Partiyasının bu gün növbədənkənar 9-cu qurultayı 155 nəfər nümayəndənin iştirakı ilə işə başladı. Öncə Fəzail Ağamalı partiyanın keçdiyi tarixi yoldan söhbət açdı. Sonda isə partiya sədrliyindən istefa verdiyini açıqladı. Onun istefası qurultay tərəfindən qəbul olunduqdan sonra qurultay növbəti məsələnin müzakirəsinı keçid etdi. Qurultaya namizədlər irəli sürülməyə başladı. Günay Ağamalının namizədliyini Fəzail Ağamalı özü irəli sürüb. Mənim namizədliyi qurultay nümayəndələr tərəfindən irəli sürülüb.
Bu zaman zalda böyük, gurultulu alqış sədaları eşidildi. Bu, Fəzail müəllimi narahat etdi. Bunun fonunda Fəzail bəy mənim çıxışıma məhdudiyyət qoydu. Bu məsələ səsə qoyuldu. Quruktay nümayəndələrinin böyük səs çoxluğu ilə mənim çıxışıma icazə verildi. Mənim çıxışım yenə qurultay nümayəndələri arasında böyük coşqu yaratdı. Bundan sonra Fəzail bəıy fasilə elan edərək məni zaldan çıxarmaq istədi. Məqsədi də zalı bağlatdırıb, qurultayı təxirə salmaq idi.
Bunu duyan mənim tərəfdarlarım - qurultay nümayəndələıri zalı tərk etmədi. Bunun ardınca zalın işığını söndürdülər, hotelin mühafizəçilərini üzərimizə göndərdilər. Buna baxmayaraq biz qurultayın işini yekunlaşdıra bildik. 100-dən artıq qurultay nümayəndəsinin iştirakı ilə mən yeni sədr seçildim. Fəzail müəllim açıqlama verərək, istefa vermədiyini, səıdrlikdən getmədiyini deyib. Bu, yalandır".
Bakı 


