Ekspert İlham İsmayıl sərbəst buraxılıb.
Bakıvaxtı.az xəbər verir ki, Nəsimi rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs növündən olmayan digər qətimkan tədbiri seçilib.
İ.İsmayıl Musavat.com-a bildirib ki, onun haqqında mediada yayılan məlumatların əksəriyyəti həqiqətə uyğun deyil və əsassızdır.
İlham İsmayıl vurğulayıb ki, heç kimə qarşı dələduzluq əməli həyata keçirməyib və bu iddialar tamamilə yalandır.
Onun sözlərinə görə, hazırda məsələ ailə üzvlərindən birinin biznesində yaranan çətinliklərlə bağlıdır və bu çətinliklər nəticəsində mövcud olan borcla əlaqədardır. Məhz həmin borc məsələsi çərçivəsində ondan da izahat alınıb.
İlham İsmayıl əlavə edib ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı mediaya geniş açıqlama veriləcək.