• Bakı 17° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

"Qarşı tərəf dezinformasiya yayır" - Günay Ağamalıdan açıqlama

SİYASƏT

25 Oktyabr 2025 | 20:57

Qarşı tərəf dezinformasiya yayır - Günay Ağamalıdan açıqlama

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bu gün partiyanın qurultayında baş verənlərlə bağlı bəyanat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bəyanatda deyilir:

“Dəyərli media mənsubları, hər birinizdən Ana Vətən Partiyasının növbədənkənar IX qurultayı ilə bağlı mətbuatda gedən dezinformasiyalara inanmamağa və əhəmiyyət verməməyi rica edirəm. Partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə saldı. Qarşı tərəf sosial media üzərindən özünü partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır.

Qeyd etmək istəyirəm ki, bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı". 


SON XƏBƏRLƏR

25 Oktyabr 2025