• Bakı 13° C

    6.66 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Prezident Türkiyə ilə bağlı fərman imzaladı

SİYASƏT

24 Noyabr 2025 | 17:27

Prezident Türkiyə ilə bağlı fərman imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Türkiyə arasında statistika sahəsində Anlaşma Memorandumunun təsdiq edilməsi ilə bağlı Fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Memorandum 2025-ci il oktyabrın 3-də Ankarada iki ölkənin hökumətləri arasında imzalanıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi isə Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.


SON XƏBƏRLƏR