• Bakı 19° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

İlham Əliyev Avstriya Respublikasının Federal Prezidentini təbrik etdi

SİYASƏT

26 Oktyabr 2025 | 11:22

İlham Əliyev Avstriya Respublikasının Federal Prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə məktub ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məktubda bunlar bildirilib:

“Hörmətli cənab Federal Prezident,
Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.


SON XƏBƏRLƏR

25 Oktyabr 2025