• Bakı 14° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Sülhün şərti: Ermənistan ya iddialardan imtina etməli, ya da…

SİYASƏT

25 Noyabr 2025 | 10:08

Sülhün şərti: Ermənistan ya iddialardan imtina etməli, ya da…

“44 günlük Vətən savaşından sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanla Ermənistan arasında sülh təmin ediləcəksə, öncə sərhədlərin müəyyənləşdirilməsi və dəyişdirilməsi prosesi getməlidir”.

Bunu politoloq Azad Məsiyev Bakıvaxtı.az-a Bakı-İrəvan danışıqlarında sərhədlərin müəyyənləşdirilməsi prosesindən danışarkən bildirib.

Onun sözlərinə görə, bu, çox prinsipial məsələdir:

"Müxtəlif xəritələr mövcuddur: 1920 və 1970-ci illərin xəritəsi. Sülh əldə olunacaqsa, sərhədin hansı xəritəyə əsasən müəyyən ediləcəyi öncədən dəqiqləşdirilməlidir".

Politoloqun fikrincə, məsələnin prinsipial tərəfi ondan ibarətdir ki, sülhün təminatı dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Lakin Ermənistan konstitusiyasına görə Azərbaycan ərazisinə iddialar saxlanılır.

Müsahibimiz qeyd edib ki, əgər sərhədlərin müəyyən edilməsi və dəyişdirilməsi prosesi gedəcəksə, Ermənistan konstitusiyasında dəyişiklik etməli, referendum yolu ilə Azərbaycana ərazi iddiasından imtina etməlidir.

Azad Məsiyev:Ermənistan konstitusiyasında dəyişiklik etməsə, bölgədə sülh təminatı mümkün olmayacaq

A.Məsiyev bildirib ki, yalnız bundan sonra iki dövlət arasında iqtisadi, siyasi və diplomatik münasibətlərin genişlənməsi prosesi başlaya bilər. Əgər Ermənistan konstitusiyasında dəyişiklik etməsə, Azərbaycan ərazi bütövlüyünü tanımasa və iddialarını saxlayarsa, bölgədə sülh təminatı mümkün olmayacaq:

"Erməni xalqı qonşularla dinc yanaşı yaşamaq prinsiplərinə əməl etmək istəyirsə, referendum keçirərək Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməli, bundan sonra sülh sazişi imzalanmalı və sərhədlərin müəyyənləşdirilməsi prosesi başa çatmalıdır. Əks halda Ermənistan dalana dirənmiş olacaq".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

24 Noyabr 2025