• Bakı 14° C

    14.82 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Azərbaycan UEFA-nın TOP-10-luğunda

İDMAN

26 Sentyabr 2025 | 18:39

Azərbaycan UEFA-nın TOP-10-luğunda

Azərbaycan bu mövsüm UEFA-nın əmsallar reytinqində ən çox xal qazanan ölkələrin TOP-10-luğundadır.

Bakıvaxtı.az Qol.az-a istinadən xəbər verir ki, 2025/26 mövsümünə Avropa kuboklarına 4 komanda ("Qarabağ", "Sabah"", "Zirə", "Araz Naxçıvan") ilə qatılan ölkəmiz ümumən 4,375 əmsal toplayıb ki, bunun da böyük hissəsi "Qarabağ"ın payına düşür.

Bu nəticə ilə Azərbaycan hazırda siyahıda 10-cu pillədədir. İlk 2 yerdə isə müvafiq olaraq Danimarka (6,125 əmsal) və Portuqaliya (6,000) qərarlaşıb.

Qeyd edək ki, bir mövsüm ərzində yekunda ən çox əmsal toplayan ilk 2 ölkənin komandası növbəti mövsüm UEFA Çempionlar Liqasında əlavə bir yer qazanır.

Xatırladaq ki, son 5 mövsümün nəticəsinə əsasən isə Azərbaycan 21,500 əmsalla 55 milli assosiasiya arasında 25-ci yeri tutur.


SON XƏBƏRLƏR