• Bakı 16° C

    16.02 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

"Liverpul" həlak olan futbolçusunun almalı olduğu məbləği ailəsinə ödəyib

İDMAN

26 Sentyabr 2025 | 16:20

Liverpul həlak olan futbolçusunun almalı olduğu məbləği ailəsinə ödəyib

İngiltərənin "Liverpul" klubu mərhum futbolçu Dioqu Jotanın müqaviləyə əsasən almalı olduğu məbləği ailəsinə ödəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Arne Slot "TNT"yə açıqlamasında bildirib.

Mersisayd təmsilçisi sözləşmənin qalan iki ili üçün nəzərdə tutulan pulu hücumçunun yaxınlarına verib.

İngiltərə mətbuatında yayılan xəbərlərə əsasən, bu məbləğ 10 milyon funt sterlinqə bərabərdir.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü iyulun 3-də qardaşı Andre Silva ilə birlikdə avtomobil qəzasında həlak olub. 2020-ci ildən "Liverpul"da çıxış edən Jota 182 oyunda 65 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024/2025 mövsümündə komanda ilə İngiltərə Premyer Liqasının qalibi olub.


SON XƏBƏRLƏR