• Bakı 20° C

    15.33 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Ankara-Vaşinqton yaxınlaşması yunan mətbuatında

DÜNYA

26 Sentyabr 2025 | 12:41

Ankara-Vaşinqton yaxınlaşması yunan mətbuatında

Yunanıstan mətbuatı Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Trampın görüşünü Türkiyə üçün diplomatik və iqtisadi qazanc kimi dəyərləndirib.

Bakıvaxtı.az xəbər verir ki, “Ta Nea” qəzeti görüşü “Hər şeyi aldı” başlığı ilə işıqlandıraraq, Trampın Ərdoğanı yüksək tərifləndiyini və Ankara üçün 70 milyard dollara qədər alış paketinin gündəmdə olduğunu yazıb.

“Kathimerini” isə Trampın Türkiyəyə F-35 qırıcılarının verilməsi üçün yeni formula axtardığını bildirib.

Eyni zamanda, Yunanıstan mediası Baş nazir Kiriakos Miçotakisin Nyu-Yorkda planlaşdırılan görüşlərinin zəif nəticələr verdiyini və Vaşinqtonla əlaqələrdə çətinlik yaşandığını qeyd edib.

Ümumilikdə, mətbuat Ankara-Vaşinqton yaxınlaşmasının bölgədəki güc balansına təsir göstərə biləcəyini vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Sentyabr 2025