• Bakı 20° C

    15.33 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Orban Trampın bu tələbinə qarşı çıxıb

DÜNYA

26 Sentyabr 2025 | 12:40

Orban Trampın bu tələbinə qarşı çıxıb

Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın tələbinə açıq şəkildə qarşı çıxaraq, Rusiya enerji daşıyıcılarının alışlarını dayandırmaqdan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, Orban bu barədə dövlət radiosuna müsahibəsində bildirib.

    Baş nazir qeyd edib ki, Macarıstan dənizə çıxışı olmayan ölkədir və Rusiyadan boru kəmərləri ilə gələn neft və qazdan imtina etmək ölkə iqtisadiyyatını məhv edər.

    Qeyd edək ki, Orban bu açıqlamanı Tramp ilə telefon danışığından sonra verib. Sözügedən telefon danışığı Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə brifinqdə Orbandan Rusiya nefti alışını azaltmağı istəyə biləcəyini deməsindən sonra baş tutub.


    SON XƏBƏRLƏR

    25 Sentyabr 2025